Finss.az - 10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.05.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "International” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2026021025 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
250 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
250,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti |
2 il |
Ticarətə buraxılma tarixi |
01.05.2025 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az