BİRJA

22 Aprel

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2099008685

Emissiya həcmi

50 000 000 manat

Nominal qiyməti

1 000 manat

Hərrac qiyməti

1 000 manat

İstiqrazların

tədavül müddəti

7200 gün 

Faiz dərəcəsi 

3.25%

Faiz gəlirinin

ödəniş müddəti

180 gündən bir

(6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC

Zemfira Ms
Finss.az