BİRJA

22 Aprel

"Unibank Kommersiya Bankı" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

Finss.az - 21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Unibank Kommersiya Bankı" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2018002025

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

4,000 ədəd

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

İstiqrazların

buraxılış həcmi

4,000,0000 ABŞ dolları

İllik gəlirlilik faizi

8%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti

6 il

Ticarətə buraxılma

tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“Unicapital İ.Ş.” ASC

Zemfira Ms
Finss.az