BİRJA

11 Aprel

“Brent” nefti bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0.87% artaraq 1 barelə görə 63,88 ABŞ dolları təşkil edib.

Finss.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.93% artaraq 60,62 ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Finss.az