BİRJA

11 Aprel

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,64% artaraq 3 229,50 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1.63% artaraq 31,26 ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Finss.az