BİRJA

27 Dekabr

"Brent" neftinin qiyməti artıb,təbii qazın qiyməti azalıb, avro bahalaşıb, rubl, o cümlədən, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,01% artaraq 1 barelə görə 72,86 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% artaraq 1 barelə görə 69,64 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,48% azalaraq 3,299 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il dekabrın 27-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il dekabrın 27-də Avro 1,7694 manatadək bahalaşıb.

LİRƏ

2024-cü il dekabrın 27-də Türkiyə lirəsi 0,0482 manat təşkil edib.

RUBL

2024-cü il dekabrın 27-də Rusiyanın 100 rublu 1,6958 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,12% azalaraq 2 650,8 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,1% azalaraq 30,36 ABŞ dollarına bərabər olub.