Finss.az - 17 mart 2025-ci il tarixində "Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının aparıcı iqtisadçısı və UNEC məzunu Ülkər Əhmədova tələbələr üçün “Makroiqtisadi göstəricilərin kapital bazarlarına təsiri” mövzusunda təlimkeçirib. Təlim zamanı Ülkər Əhmədova BFB-nin analitik bülletenini təqdim edib, daha sonra tələbələri komandalara ayıraraq simulyativ keys tapşırıqları verib. Sonda tələbələrin təqdimatı və sual-cavab sessiyası baş tutub.
UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış "Maliyyə laboratoriyası" 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində "Maliyyə laboratoriyası"nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.
Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.

Zemfira Ms
Finss.az