BİRJA

03 Mart

Dünya bazarlarında neft yenidən bahalaşıb

Dünya bazarlarında neft yenidən bahalaşıb.

Finss.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,45% artaraq 1 barelə görə 73,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,46% artaraq 1 barelə görə 70,08 ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Finss.az