ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,43% azalaraq 1 barelə görə 73,25 ABŞ dolları təşkil edib.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,47% azalaraq 1 barelə görə 70,02 ABŞ dollarına bərabər olub.
Fuad Mədətov
Finss.az