BİRJA

28 Fevral

BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Qeyd olunan AZ2028021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.02.2025-ci il tarixində yekunlaşıb.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmayıb.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi

İSİN

AZ2028021023

İstiqrazların növü və forması

İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi / Rəqabətli 

İstiqrazların sayı

250 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış

həcmi

250,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 30 (otuz) gündən bir 

Tədavül müddəti

2 il

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

250,000 manat

Reallaşdırılmış həcm

250,000 manat

Minimal qiymət

1000 manat (15.0000%)

Maksimal qiymət

1000 manat (15.0000%)

Ehtimal olunan kəsmə qiymət*

1000 manat (15.0000%)

Ortaçəkili qiymət

1000 manat (15.0000%)

İnvestorların sayı

3

Sifarişlərin sayı

3

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

Zemfira Ms
Finss.az