BİRJA

26 Fevral

“Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

Finss.az - 15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

“Legion Financial” ASC-nin qiymətli kağızların abunə yazılışı 12.02.2025-ci ildə başlayıb, 10 gün davam edib və fevralın 22-i bitib. 

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşıb.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.17 bəndinin tələblərinə cavab verdiyinə görə, Standart Bazar Listinq seqmentinə alınır.     

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi

İSİN

AZ1001025464

Səhmin növü və forması

Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

6,050 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

605,000 manat

Hərrac qiyməti

100 manat

Reallaşdırılmış həcm

120,000 manat

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

120,000 manat

İnvestor sayı

2

Sifariş sayı

2

Ticarətə buraxılma

tarixi

26.02.2025

Anderrayter

“Unicapital İ.Ş”

ASC

Zemfira Ms
Finss.az