Finss.az - 25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
BOKT "International” ASC-nin abunə yazılışı 27.02.2025-ci ildə başlayaraq 10 gün davam edəcək və martın 9-u yekunlaşacaq.
Qeyd olunan səhmlərin yerləşdirilməsi üzrə hərrac 11.03.2025-ci il tarixində keçiriləcək.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "International” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001021026 |
Səhmin növü və forması |
Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması |
Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı |
2,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
2,000,000 manat |
Ticarətə buraxılma tarixi |
11.03.2025 |
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
Zemfira Ms
Finss.az