BİRJA

25 Fevral

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 26 və 27 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib: 

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan 

məbləğ

(manat)

Nominal

Miqdar

Notun ödəniş

tarixi

28

AZ2405024707

26.02.2025

2.000.000

100.000

20

26.03.2025

84

AZ2406024706

27.02.2025

2.000.000

100.000

20

22.05.2025

168

AZ2407024705

26.02.2025

2.000.000

100.000

20

13.08.2025

252

AZ2408024704

27.02.2025

2.000.000

100.000

20

06.11.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. 

Zemfira Ms
Finss.az