4 və 5 dekabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti (gün) |
İSİN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2363024707 |
04.12.2024 |
2.000.000 |
100.000 |
20 |
01.01.2025 |
84 |
AZ2364024706 |
05.12.2024 |
2.000.000 |
100.000 |
20 |
27.02.2025 |
168 |
AZ2365024705 |
04.12.2024 |
2.000.000 |
100.000 |
20 |
21.05.2025 |
252 |
AZ2366024704 |
05.12.2024 |
2.000.000 |
100.000 |
20 |
14.08.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Zemfira Ms
Fins.az