Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” tərəfindən 10 yanvar 2025-ci il tarixində bir sıra xammal və mal-materiallar hərraca çıxarılacaq.
Fins.az, Dövlət Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, hərraca çıxarılacaq 19 müxtəlif xammal və materialın satış qiyməti 70 manatdan başlayaraq yarım milyon manata qədər dəyişir.
Hərracda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri və sifarişi hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etməli və obyektin ilkin satış qiymətinin 5 faizi həcmində beh keçməlidirlər. Sifarişlər Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında qəbul ediləcək.
Bu hərracın qanunvericiliyə uyğun olaraq keçiriləcəyi və alıcıların yalnız müvafiq sənədləri təqdim edən hüquqi və fiziki şəxslər olacağı bildirilir. Hərraca çıxarılan xammal və mal-materialların siyahısı təqdim ediləcək.