BİRJA

03 Dekabr

Qızıl bahalaşıb

Fins.az - Bu gün, çərşənbə axşamı, Asiya ticarətləri zamanı qızıl fyuçerslərinin qiymətləri artım göstərib.

Nyu-York Əmtəə Birjasının (COMEX) məlumatlarına əsasən, fevral ayı üçün tədarük ediləcək qızıl fyuçersləri bir troya unsiyası üçün 2.662,22 ABŞ dolları ilə ticarət olunur. Bu, qiymətin 0,14% artımını göstərir.

Ticarət sessiyasının maksimum qiyməti bir troya unsiyası üçün 2.662,22 dollar təşkil edib. Hazırda qızılın qiymətində 2.618,50 dollar dəstək səviyyəsi və 2.690,50 dollar müqavimət səviyyəsi müəyyən olunub.

Bundan əlavə, ABŞ dollarını altı əsas valyuta qarşısında ölçən USD indeksi 0,10% artaraq 106,53 dollar səviyyəsində ticarət olunur. COMEX-də ticarət olunan digər əmtəə bazarlarında isə gümüşün qiyməti mart ayı üçün 0,64% artaraq bir troya unsiyası üçün 31,06 dollar səviyyəsinə yüksəlib. Həmçinin, mis fyuçersləri 0,32% azalarak bir funt üçün 4,13 dollar olub.