BİRJA

03 Dekabr

Neftdə bütün gözlər "OPEC+" toplantısında

Fins.az - Neft Çin iqtisadiyyatında yavaş bərpa əlamətləri ilə fonunda bir qədər bahalaşıb.

İnvestorlar gələcək istiqamətlər üçün dekabrın 5-də keçiriləcək "OPEC+" iclasını gözləyirlər. Brent ötən həftə 3% ucuzlaşdıqdan sonra 1 barrel üçün 72$ civarında ticarət edilib. ABŞ xam nefti 68$-ı keçib.

İnvestorlar qrupun hasilatın cüzi artımını üçüncü dəfə gecikdirəcəyini ehtimal edirlər. Bazar iştirakçıları, həmçinin, görüşdə "OPEC+"-un gələcək planları haqqında ipucu axtaracaqlar. Neft, Yaxın Şərqdə və Rusiyada baş verən geosiyasi hadisələr, Trampın prezidentliyi və Çinlə bağlı proqnozlar əsasında oktyabrın ortalarından bəri 6$-dan çox ucuzlaşıb.

Yaxın Şərqdə İsrail və İranın dəstəklədiyi Hizbullah arasında atəşkəs davam edir, lakin hər iki tərəf atəşkəs razılaşmasını pozmaqda ittiham olunur. Rəsmi Tehran ölkənin ikinci böyük şəhəri Hələb ələ keçirdikdən sonra münaqişənin şiddətləndiyi bir vaxtda Suriya hökumətinə kömək edəcəyinə söz verib.