Finss.az - 19 fevral 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitent |
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu |
İstiqrazın növü və forması |
Faizli, ipoteka istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2096008688 |
İstiqrazın sayı |
50,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
50,000,000 manat |
Hərrac qiyməti |
1,000 manat |
İllik gəlirlilik faizi |
3.00% |
Reallaşdırılmış həcmi |
50,000,000 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) |
50,000,000 manat |
İnvestor sayı |
1 |
Sifarişlərin sayı |
1 |
Ödəmə Periodu |
180 gündən bir (6 aydan bir) |
İstiqrazların tədavül müddəti |
7200 gün |
İstiqrazların ödəmə tarixi |
06.11.2044 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |
Zemfira Ms
Finss.az