BİRJA

18 Fevral

AMB:Valyuta hərracında tələb təmin edilib -18.02.2025

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Finss.az-a verilən məlumata görə, hərracda tələb 44,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın 13-nə hərracda tələb 36,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Finss.az