BİRJA

18 Fevral

Qara metal bazarı: Keçən həftənin qarışıq trendləri

Finss.az- Keçən həftə əmtəə bazarlarında qarışıq tendensiyalar müşahidə edilib.

ABŞ və Rusiya prezidentləri arasında danışıqların başlanması barədə xəbərlər neft qiymətlərinə təzyiq göstərib. Bu vəziyyət bazar iştirakçılarının təchizatın azaldılması ilə bağlı narahatlıqlarını azaldıb və neft qiymətlərinin artımını məhdudlaşdırıb.

Çin tərəfindən polad tələbinin azalması, daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olaraq ixracatın artmasına yol açıb. ABŞ, ucuz Çin məhsullarının bazara axınına qarşı mübarizə aparmaq üçün öz istehsalçılarını qorumağa çalışır, amma digər ölkələr və regionlar da eyni addımları atmağa başlayıblar.

Rusiya daxili bazarında isə polad qiymətləri hələ də azalmağa davam edir. MetalTorg-un Mərkəzi Region üzrə qiymətləri ilə bağlı açıqlanan göstəricilərə görə, ötən həftə bazar indeksi 0,18% azalıb və 1,56 bəndə enib.