BİRJA

28 Noyabr

ABŞ-da inflyasiya artıb, birja indeksləri düşüb

Fins.az - ABŞ-n əsas indeksləri çərşənbə günün ticarətini mənfi başa vurdu.

Bu həftənin cümə axşamı günü ABŞ birjaları Təşəkkür Günü münasibətilə bağlanacaq və cümə günü isə ticarət qısa rejimdə davam edəcək.  Çərşənbə günü ABŞ Əmək Nazirliyi, işsizlik müavinətinə yeni müraciətlərin gözlənilmədən azaldığını açıqladı. Eyni zamanda, ABŞ-ın üçüncü rübündə ÜDM-nun  2,8% artdığı bildirildi.

Ticarət Nazirliyi tərəfindən açıqlanan məlumatlara əsasən, oktyabr ayında istehlak qiymətləri indeksi (PCE) illik əsasla 2,3%, PCE Core isə 2,8% artıb.

Hər iki göstərici analitiklərin proqnozlarına uyğun gəldi, lakin artımın sürəti əvvəlki aylardan daha yüksək oldu. Bu, inflyasiyanın Federal Ehtiyat Sistemi (FED)-in 2%-lik hədəfinə yaxınlaşmasının dayandığını göstərir.

Ticarətçilərin diqqəti həmçinin şirkətlərin maliyyə nəticələrinə yönəldi. HP Inc.-in səhmləri 11,4% ucuzlaşdı, çünki şirkətin mənfəəti 7% azalsa da, gəliri 1,7% artdı. Dell Technologies Inc.-nin səhmləri isə 12,2% düşdü, çünki şirkətin gəliri proqnozlardan aşağı qaldı və zəif gəlir proqnozu açıqladı.

Dow Jones Industrial Average indeksi 138,25 bənd (0,31%) azalaraq 44.722,06 bəndə düşdü. SP 500 indeksi isə 22,89 bənd (0,38%) enərək 5.998,74 bəndə çatdı. Nasdaq Composite indeksi 115,1 bənd (0,6%) aşağı düşdü və 19.060,48 bənd oldu.

Börsə analitikləri, FED-in faiz siyasətinin yaxın gələcəkdə necə dəyişəcəyini diqqətlə izləyirlər. Faiz dərəcələrinin dəyişməz qalması ehtimalı isə artmaqdadır.