BİRJA

17 Fevral

“Coinbase” rüblük xalis mənfəətini 4.7 dəfə artırıb

Finss.az - ABŞ-ın ən böyük kriptovalyuta birjasının operatoru olan “Coinbase Global” 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini 4.7 dəfə, gəlirini isə 2.4 dəfə artırıb.

Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 276 milyon dollardan 1.29 milyard dollara kimi artıb. Səhm üzrə mənfəət 1.04$-dan 4.68$-a qədər yüksəlib. “Coinbase”-in nəticəsi şirkətin kriptovalyuta investisiya portfelinin dəyərinin 476 milyon dollar artmasından əldə edilən reallaşmamış qazancı özündə əks etdirir.

“Coinbase”-in rüblük gəliri bir il əvvəlki 953.8 milyon dollar ilə müqayisədə 2.27 milyard dollar təşkil edib.

Analitiklər, orta hesabla şirkətin 1.84 milyard dollarlıq gəlirlə səhm başına 2.11$ xalis gəlir bildirəcəyini proqnozlaşdırmışdılar.

Dördüncü rübdə yığılan əməliyyat haqlarının məbləği təxminən 3 dəfə artaraq 1.6 milyard dollar təşkil edib, abunə və xidmətlərdən əldə edilən gəlir 1.7 dəfə artaraq 641.1 milyon dollar olub.

Press-relizdə qeyd olunur ki, cari rübdə (11 fevral tarixinə) “Coinbase” artıq 750 milyon dollar əməliyyat haqqı toplayıb. Şirkət rüb üçün abunə və xidmət gəlirlərini 685-765 milyon dollar aralığında olacağını ehtimal edir.

Qeyd etmək lazımdır ki, son 12 ay ərzində “Coinbase”-in bazar dəyəri 1.8 dəfə artıb.