BİRJA

12 Fevral

Rəngli metalların cari qiymətləri

Finss.az - Fevralın 11-də Londonda alüminium və misin qiymətləri ABŞ-ın alüminium və polad idxalına 25% rüsum tətbiq edəcəyi xəbəri fonunda ucuzlaşıb.

LME-də alüminium 0,8% azalaraq 2637 $/ton, mis isə 0,9% ucuzlaşaraq 9361,5 $/ton olub.

Mütəxəssislər rüsumların ABŞ iqtisadiyyatına və metal bazarına mənfi təsir edəcəyini bildirirlər. Morgan Stanley-ə görə, ABŞ-ın alüminiuma olan tələbatının 82%-i idxal hesabına qarşılandığından bu metal daha çox zərər görəcək.

Digər metalların qiymətində də eniş qeydə alınıb: sink 2821 $/ton (-0,9%), nikel 15485 $/ton (-0,2%), qurğuşun 1980 $/ton (-1%). Yalnız qalayın qiyməti 31180 $/ton (+0,1%) artıb.

Tramp administrasiyası hələlik misə rüsum tətbiq etməsə də, gələcəkdə bu addımı atacağına dair siqnallar verib.