BİRJA

26 Noyabr

"Brent" neftinin qiyməti artıb, təbii qazın qıyməti azalıb, lirə ucuzlaşıb, avro, rubl, qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 72,66 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,33% artaraq 1 barelə görə 69,17 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,82 ABŞ dolları və ya 2,4% azalaraq 74,7 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17% azalaraq 3,428 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 26-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 26-da Avro 1,7815 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il noyabrın 26-da Türkiyə lirəsi 0,0491 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il noyabrın 26-da 100 Rusiya rublu 1,6346 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,29% artaraq 2 650,3 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,49% artaraq 30,81 ABŞ dollarına bərabər olub.