BİRJA

12 Fevral

Bitcoin və altkoinlər kəskin ucuzlaşdı

Finss.az - Bitcoin çərşənbə günü 2,6% dəyər itirərək $95 911,5 səviyyəsinə düşdü.

İnvestorlar ABŞ-da yanvar ayına aid inflyasiya hesabatının açıqlanmasını gözləyir. FED sədri Cerom Pauellin faiz dərəcələrinin tezliklə endirilməyəcəyini vurğulaması da bazara mənfi təsir göstərib.

Ethereum 4,6%, XRP 4%, Solana 5,4%, Polygon 6,7% ucuzlaşdı. Meme tokenlərdən Dogecoin 6,3%, Trampa bağlı $TRUMP isə 8,5% gerilədi.

Bu arada, Donald Trampın maliyyə payına sahib olduğu World Liberty Financial (WLF) şirkəti bazar sabitliyini dəstəkləmək üçün strateji token ehtiyatı yaratdığını elan edib.