BİRJA

25 Noyabr

"Brent" neftinin qiyməti azalıb, təbii qazın qıyməti artıb, avro bahalaşıb, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,72% azalaraq 1 barelə görə 74,1 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,74% azalaraq 1 barelə görə 70,71 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92 ABŞ dolları və ya 1.22% artaraq 76.52 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 6,36% artaraq 3,496 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 25-də Avro 1,7814 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il noyabrın 25-də Türkiyə lirəsi 0,0492 manat təşkil edib.

RUBL

2024-cü il noyabrın 25-də Rusiyanın 100 rublu 1,6290 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1.41% azalaraq 2 698,60 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1.45% azalaraq 31,32 ABŞ dollarına bərabər olub.