BİRJA

21 Noyabr

"Brent" markalı neftin və təbii qazın qiyməti artıb, avro, rubl ucuzlaşıb, qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 72,98 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,25% artaraq 1 barelə görə 68,92 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,78ABŞ dolları və ya 1,04% azalaraq 74,4 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,74% artaraq 3,248 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 21-də Avro 1,7938 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il noyabrın 21-də Türkiyə lirəsi 0,0493 manat təşkil edib.

RUBL

2024-cü il noyabrın 21-də Rusiyanın 100 rublu 1,6915 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.35% artaraq 2 685 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.70% artaraq 31.66 ABŞ dollarına bərabər olub.