Bakı, Fins.az – Qızıl qiymətləri çərşənbə günü yeni tarixi maksimuma çataraq $2800 ətrafında ticarət edilməyə başladı.
ABŞ-da prezident seçkilərindən bir həftə əvvəl investorların təhlükəsiz limanlara üz tutması ilə bu qiymət artımı baş verib.
Spot qızıl 0,28% artaraq $2,782.28 səviyyəsinə yüksəlib. Əvvəlki sessiyada qızıl qiymətləri $2,783.65 tarixi maksimuma çatmışdı. Dekabr ayı üzrə futures müqavilələri isə 0,46% artaraq $2,794.35-ə yüksəlib, bu da $2,795.35 səviyyəsində tam rekorda işarə edir.
OANDA-nın Asiya-Sakit Okean bölgəsi üzrə baş bazar analitiki Kelvin Vong, qızılın qiymətinin ABŞ-da keçiriləcək seçkilərin nəticələrindən asılı olduğunu vurğulayıb. "Qısa müddətdə spot qızıl $2,800 səviyyəsində müqavimətlə qarşılaşacaq, ardından isə $2,826 səviyyəsinə yüksələ bilər," - deyə Vong əlavə edib.
5 noyabr tarixində baş tutacaq seçkilər sona yaxınlaşır və son sorğular Donald Tramp ilə Kamala Harris arasında gərgin mübarizənin getdiyini göstərir.
Qızılın qiymət artımında digər bir amil isə ABŞ-da faizlərin əlavə endirilməsi gözləntiləridir. ABŞ Mərkəzi Bankının (ABM) növbəti həftə qısa müddətli kreditlərin faizini dörddə bir faiz bəndi endirməsi gözlənilir. Bu da iş yerlərinin sayının sentyabr ayında 2021-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşdüyünü göstərən ABŞ İşlər Nazirliyinin hesabatı ilə dəstəklənir.
Vong, "Əgər inflyasiya üzrə gözlənilməz yüksək rəqəmlər və ya güclü məşğulluq hesabatı görsək, bu, qızılın qiymətinin düşməsinə səbəb ola bilər," - deyə əlavə edib.
Bu həftə digər əhəmiyyətli məlumatlar arasında çərşənbə günü saat 15:15-də ADP-dən işsizlik hesabatı, cümə axşamı şəxsi istehlak xərcləri hesabatı və cümə günü əmək haqları hesabatı var.
Bundan əlavə, Goldman Sachs qızılın 2025-ci il sonuna qədər qiymət proqnozunu $3,080-dan $3,000-a endirib, lakin "bullish" mövqeyini saxlayıb. Analitiklər, qərb ETF-ləri vasitəsilə metalın 7% artımını gözləyirlər.
Spot gümüş isə 0,3% ucuzlaşaraq $34.33, paladi isə 1% ucuzlaşaraq $1,210.72-yə düşüb. Platin 0,1% artaraq $1,046.89-da ticarət olunur. Reuters-in sorğusuna əsasən, 2025-ci ildə platin və paladi qiymətləri, artan tələblə və təchizatda problemlərlə bağlı artacaq.