NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,58% artaraq 1 barelə görə 71,14 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,65% artaraq 1 barelə görə 67,65 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,97ABŞ dolları və ya 1,33% azalaraq 71.87 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,52% azalaraq 2,89 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il oktyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il oktyabrın 30-da Avro 1,8386 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il oktyabrın 30-da Türkiyə lirəsi 0,0496 manat təşkil edib.
RUBL
2024-cü il oktyabrın 30-da Rusiya rublu 0,0174 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2 791 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 0,31% azalaraq 34,34 ABŞ dollarına bərabər olub.