BİRJA

29 Oktyabr

"Brent" neftinin qiyməti artıb, təbii qazın qiyməti azalıb, avro və qızıl bahalaşıb, gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,04% artaraq 1 barelə görə 71,03 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,06% artaraq 1 barelə görə 67,42 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,79 ABŞ dolları və ya 4,95% azalaraq 72,84 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,28% azalaraq 2,838 ABŞ dolları təşkil edib.

28 oktyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 477 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (487 dollar) ilə müqayisədə 2,1% azdır.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 29-da Avro 1,8375 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il oktyabrın 29-da Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 29-da Rusiya rublu 0,0175 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,4% artaraq 2 766,8 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti də 0,34% azalaraq 34,12 ABŞ dollarına bərabər olub.