NEFT
Yaxın Şərqdəki vəziyyət fonunda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 4,44% azalaraq 1 barelə görə 72,27 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 4,63% azalaraq 1 barelə görə 68,46 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,21 ABŞ dolları və ya 0,28% azalaraq 75,32 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,2% azalaraq 3,024 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il oktyabrın 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il oktyabrın 28-də Avro 1,8339 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il oktyabrın 28-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.
RUBL
2024-cü il oktyabrın 28-də Rusiya rublu 0,0175 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,38% azalaraq 2 744 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti də 0,97% azalaraq 33,45 ABŞ dollarına bərabər olub.