BİRJA

25 Oktyabr

"Brent" neftinin qiyməti artıb, təbii qazın qiyməti azalıb, avro bahalaşıb, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,27% artaraq 1 barelə görə 74,58 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,24% artaraq 1 barelə görə 70,36 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,21 ABŞ dolları və ya 0,28% azalaraq 75,32 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,36% azalaraq 2,532 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 25-də Avro 1,8397 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il oktyabrın 25-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 25-də Rusiya rublu 0,0177 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% azalaraq 2 740 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 0,38% azalaraq 33,67 ABŞ dollarına bərabər olub.