BİRJA

22 Oktyabr

Azərbaycan neftinin, təbii qazın qiyməti artıb, avro, rubl ucuzlaşıb, qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,51% azalaraq 1 barelə görə 73.91 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,30% azalaraq 1 barelə görə 70.35 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.05 ABŞ dolları və ya 1.43% artaraq 74.31 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.12% artaraq 2.34 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 22-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 22-də Avro 1,8395 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il oktyabrın 22-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 22-də Rusiya rublu 0,0176 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2748.80 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 0,89% artaraq 34.38 ABŞ dollarına bərabər olub.