BİRJA

10 Oktyabr

AMB:Valyuta hərracında tələb təmin edilib -10.10.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 79,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, oktyabrın 8-nə hərracda tələb 73,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az