NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1.53% azalaraq 1 barelə görə 79.69 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 1.58% azalaraq 1 barelə görə 75.92 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.44 ABŞ dolları və ya 1.77% artaraq 82.91 dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.18% azalaraq 2.74 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il oktyabrın 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il oktyabrın 8-də Avro 1,8675 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il oktyabrın 8-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.
RUBL
2024-cü il oktyabrın 8-də Rusiya rublu 0,0177 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,19% azalaraq 2 660,80 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
COMEX-də gümüşün bir unsiyasının qiyməti 1.06% azalaraq 31,67 ABŞ dollarına bərabər olub.