Bakı Fond Birjasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 37,073,041,649 manat təşkil edib.
BFB-dən Fins.az-a verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 66%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 14% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 246% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 3837% artım qeydə alınıb.
2024-cü ilin Sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6,078,841,199.14 manat təşkil edib.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı –178 gün
Fuad Mədətov
Fins.az