NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,28% azalaraq 1 barelə görə 77.83 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,19% azalaraq 1 barelə görə 74,24 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,15 ABŞ dolları və ya 4,1% artaraq 80,04 dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17% azalaraq 2,966 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il oktyabrın 7-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il oktyabrın 7-də Avro 1,8646 manatadək ucuzlaşıb.
LİRƏ
2024-cü il oktyabrın 7-də Türkiyə lirəsi 0,0496 manata kimi ucuzlaşıb.
RUBL
2024-cü il oktyabrın 7-də Rusiya rublu 0,0179 manatadək ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,05% azalaraq 2 666,60 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,21% azalaraq 32.33 ABŞ dollarına bərabər olub.