NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,09% azalaraq 1 barelə görə 77,55 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,07% azalaraq 1 barelə görə 73,66 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,15 ABŞ dolları və ya 4,1% artaraq 80,04 dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17% azalaraq 2,966 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il oktyabrın 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il oktyabrın 4-də Avro 1,8748 manatadək ucuzlaşıb.
LİRƏ
2024-cü il oktyabrın 4-də Türkiyə lirəsi 0,0497 təşkil edib.
RUBL
2024-cü il oktyabrın 4-də Rusiya rublu 0,018 manatadək bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2 677,7 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,25% artaraq 31,9 ABŞ dollarına bərabər olub.