BİRJA

30 Sentyabr

"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - BFB

30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ümumi buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 2 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2035020281

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli

İstiqrazın sayı

200 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazın buraxılış həcmi

200,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir.

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

02.10.2024

Anderrayter

“INVEST-AZ İ.Ş” ASC

Zemfira Ms
Fins.az