BİRJA

27 Sentyabr

Rublun ucuzlaşması qaçılmazdır?

SberCIB analitiklərinin proqnozlarına əsasən, ilin sonuna doğru rubl dollara nisbətdə 95 rubla, yuana qarşı isə 13,6 rubla qədər ucuzlaşa bilər.

Fins.az xəbər verir ki, bu, valyutaya olan tələbin artması və idxalın güclənməsi fonunda baş verə bilər. Analitiklər vurğulayırlar ki, xammal qiymətlərinin azalması və OPEC+ sazişi nəticəsində ixracın aşağı səviyyəsi nəzərə alınarsa, bu rəqəmlər rubl üçün tarazlıq səviyyəsi ola bilər. Sentyabrın əvvəlindən Brent markalı neftin qiymətinin 5%-dən çox azalması və kapital axınının sürətlənməsi rublun zəifləməsi riskini artırır.

Rublun gələcək dinamikası əsasən ixrac göstəricilərindən asılı olacaq.