BİRJA

25 Sentyabr

"Legion Financial"ın səhmləri listinqə daxil edilib - BFB

5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 23-25 sentyabr 2024-cü il tarixi aralığında yekunlaşıb.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025464

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

10,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

1,000,000 manat

Hərrac qiyməti

100 manat

Reallaşdırılmış həcm

395,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

395,000 manat

İnvestor sayı

2

Sifariş sayı

2

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Zemfira Ms
Fins.az