BİRJA

24 Sentyabr

Qızılın qiyməti rekord səviyyəyə çatdı

Qızılın qiyməti dünya bazarlarında yenidən yüksələrək tarixi rekord səviyyəyə çatıb.

Fins.az xəbər verir ki, hal-hazırda bir unsiya qızıl $2660-dan yuxarı ticarət olunur. Dekabr fyuçerslərinin dəyəri isə bir məqamda $2651-ə qədər qalxıb.

Ekspertlər bu artımı ABŞ Federal Ehtiyat Sisteminin 18 sentyabrda əsas faiz dərəcəsini 0,5 faiz bəndi azaldaraq 4,75–5%-ə endirməsi ilə əlaqələndirir. Qızılın qiymətindəki rekord artım əsasən qlobal maliyyə qeyri-müəyyənliyi və aşağı faiz dərəcələri ilə izah olunur.