BİRJA

23 Sentyabr

50 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşıb - BFB

23 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Fins.az-a BFB-dan məlumat daxil olub.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC

İstiqrazların növü və forması

Faizli, ipoteka istiqrazları

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2090008684

İstiqrazların sayı

50,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

50,000,000 manat

Hərrac qiyməti

1,000 manat

İllik gəlirlilik faizi

3%

Reallaşdırılmış həcmi

50,000,000 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə)

50,000,000 manat

İnvestor sayı

1

Sifarişlərin sayı

1

Ödəmə Periodu

180 gündən bir (6 aydan bir)

İstiqrazların tədavül müddəti

8640 gün

İstiqrazların ödəmə tarixi

20.05.2048

Anderrayter

“Unicapital İ.Ş” ASC

Zemfira Ms
Fins.az