NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin müqaviləsinin dəyəri 0,8% artaraq 1 barelə görə 74,28 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti isə 0,85% artaraq 1 barelə görə 71,6 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.60% və ya 1.23 ABŞ dolları artaraq 78.20 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,21% artaraq 2,752 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il sentyabrın 23-də Avro 1.8978 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il sentyabrın 23-də Türkiyə lirəsi 0.0498 manata kimi ucuzlaşıb.
RUBL
2024-cü il sentyabrın 23-də Rusiya rublu 0.0184 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,26% artaraq 2 653 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,43% azalaraq 31,37 ABŞ dollarına bərabər olub.