Almaniyanın hüquq-mühafizə orqanları, qanunvericiliyə zidd hərəkət edən 47 kriptovalyuta birjası və mübadilə məntəqəsinin serverlərini müsadirə edib.
Fins.az xəbər verir ki, "Sonuncu mübadilə" adı altında keçirilən xüsusi əməliyyat çərçivəsində, Xchange.cash, 60cek.org, Baksman.com və Prostocash.com kimi tanınmış platformaların avadanlıqları ələ keçirilib.
Əməliyyat zamanı polislər, sözügedən birjalara aid bazaları da ələ keçirərək, ticarət əməliyyatları, IP ünvanları və istifadəçi məlumatlarını əldə ediblər. Müxtəlif cinayətkar fəaliyyətlərlə məşğul olan istifadəçilərin əksəriyyətinin Almaniya xaricində olduğu və hökumətin qoruması altında olduğu bildirilib.
Bu əməliyyatın məqsədi, pul yuma ilə mübarizə məqsədini güdür və narkotik ticarətçiləri, hakerlər və digər qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərin qanunsuz gəlirlərini leqallaşdırmaqda istifadə etdikləri platformaların fəaliyyətini dayandırmaqdır. Hüquq-mühafizə orqanları, müvafiq xəbərdarlıqları platformaların saytlarında yerləşdirərək, bu məsələdə ciddi yanaşdıqlarını nümayiş etdiriblər.