BİRJA

20 Sentyabr

Azərbaycan neftinin və təbii qazın qiyməti artıb, avro, rubl bahalaşıb, qızılın qiyməti artıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,12% artaraq 1 barelə görə 73,74 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,17% artaraq 1 barelə görə 70 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.60% və ya 1.23 ABŞ dolları artaraq 78.20 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,09% artaraq 2,294 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 20-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 20-də Avro 1.8981 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 20-də Türkiyə lirəsi 0.0499 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 20-də Rusiya rublu 0.0185 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,13% artaraq 2 618 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,33% azalaraq 31.32 ABŞ dollarına bərabər olub.