BİRJA

19 Sentyabr

Bakı Fond Birjası brend yenilənməsi ilə etibarlılıq və şəffaflığı artırır - Ruslan Xəlilov

"Bakı Fond Birjası" QSC (BFB) dürüstlük, davamlı inkişaf və tərəfdaşlığın əsas dəyərlər olduğu yeni korporativ brendini təqdim edib.

Fins.az xəbər verir ki, bu barədə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, yenilənmiş brendin təqdimatına həsr olunmuş mətbuat konfransında məlumat verib.

R.Xəlilov bildirib ki, brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə daha şəffaf və etibarlı münasibətlər qurmağa yönəlmişdir. Bu yanaşma, BFB-nin beynəlxalq arenada rəqabət qabiliyyətini artıracaq və yerli səviyyədə yeni imkanlar yaradacaq.

"Brendin yenilənməsi, BFB-nin yeni strategiyasına uyğun olaraq yerli kapital bazarı iştirakçıları arasında mövqeyini gücləndirməyə və şirkət üçün yeni perspektivlər açmağa xidmət edir," - deyə o əlavə edib.

Fuad Mədətov
Fins.az