BİRJA

17 Sentyabr

"Brent" neftinin qiyməti artıb, təbii qaz ucuzlaşıb, avro bahalaşıb, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,47% artaraq 1 barelə görə 73,09 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,61% artaraq 1 barelə görə 69,44 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19ABŞ dolları və ya 0,25% azalaraq 76,11 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17% azalaraq 2,391 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 17-də Avro 1.8912 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 17-də Türkiyə lirəsi 0.0500 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 17-də Rusiya rublu 0.0186 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,13% azalaraq 2 605,5 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,1% azalaraq 31,11 ABŞ dollarına bərabər olub.