BİRJA

17 Sentyabr

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq - BFB

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

10 sentyabr 2024-cü il tarixində sözügedən qiymətli kağızların abunə yazılışı başa çatıb. 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 6 iş günü ərzində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri üzrə yerləşdirmə baş tutacaq.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Azərbaycan Beynəlxalq Bankı” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1004004581

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

322,000,000 (ədəd)

İlkin ticarət qiyməti

0.27 manat

Buraxılış həcmi

86,940,000 manat

Anderrayter

“ABB-İnvest İ.Ş” QSC

Ticarətə buraxılma tarixi

17-24.09.2024