BİRJA

13 Sentyabr

Azərbaycan neftinin qiyməti artıb, avro, rubl və qızıl bahalaşıb...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,50% artaraq 1 barelə görə 72.33 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,55% artaraq 1 barelə görə 69.35 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,24 ABŞ dolları və ya 4,4% artaraq 76,77 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,38% artaraq 2.37 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 13-də Avro 1.8843 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 13-də Türkiyə lirəsi 0.0500 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 13-də Rusiya rublu 0.0191 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,61% artaraq 2 596,40 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,81% artaraq 30,35 ABŞ dollarına bərabər olub.